Tanınmış latviyalı aktyor İvar Kalnınış SSRİ-nin ona olan borclarından danışıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, aktyor Moskvadakı “Qoskino”dan aldığı qonorarı “komik” adlandırıb.
Onun sözlərinə görə, digər aktyorlar kimi o da filmlərə çəkilməyə yalnız yaradıcılığa olan sevgisindən razılaşırdı.
“Mənə deyirlər: “sən hər şeyə görə Sovet İttifaqına, Sovet hökumətinə borclusan”. Deyirəm: “Mənə borclu olan sizsiniz, siz mənə tam pulumu ödəməmisiniz”. Kim kimə borcludur?”, – deyə Kalnınış xatırladıb.
Artist əlavə edib ki, rusiyalı həmkarları ilə əlaqə saxlamır, ukraynalı tanışları ilə ünsiyyətdədir: “Əlbəttə, pisdir, çünki ünsiyyətdə olduğunuz və birlikdə işlədiyiniz çoxlu dostlarınız və yaxınlarınız var. Əlbttə, o vaxt artıq keçib”.
Bundan öncə isə tanınmış latış müğənnisi Laima Vaykule rusların üzr istəməsini və tövbə etməsini tələb edib.
Xatirə SADİQ,
KONKRET.az