Lavrov ABŞ dövlət katibinə zəng etdibackend

Lavrov ABŞ dövlət katibinə zəng etdi

ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryusun bəyanatında deyilir.

“Dövlət katibi Marko Rubio bu gün Rusiyanın xarici işlər naziri Lavrovla telefon danışığı aparıb. Rubio ABŞ prezidenti Donald Trampın davamlı sülhə nail olmaq üçün Rusiya və Ukrayna arasında birbaşa danışıqların davam etdirilməsi çağırışını təkrarlayıb”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya-Ukrayna danışıqlarının ikinci raundu iyunun 2-də İstanbulda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*