Lavrov: “ABŞ Rusiyanı strateji məğlubiyyətə uğratmaq fikrindən əl çəkmir”backend

Lavrov: "ABŞ Rusiyanı strateji məğlubiyyətə uğratmaq fikrindən əl çəkmir"

Seçkilərdən sonra ABŞ hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, rusofobiya kursunu dəyişməyəcək.

KONKRET.az Lenta.ruya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin “Hürriyyət” qəzetinə müsahibəsində deyib. Sergey Lavrov əlavə edib ki, Rusiya  Amerika ilə dialoqa hazırdır. Bununla belə, Rusiya ABŞ prezidentliyinə namizədlərin heç birinə üstünlük vermir: “Donald Trampın prezidentliyi dövründə xeyli sayda Rusiya əleyhinə sanksiyalar tətbiq edilib. Co Bayden və Kamala Harrisin administrasiyası altında ABŞ və Rusiya birbaşa hərbi toqquşma astanasındadır”,- deyə izah edib. Bundan əvvəl Sergey Lavrov ABŞ prezidenti Co Baydenin Rusiya ilə nüvə silahı ilə bağlı danışıqların mümkünlüyü barədə dediklərini saxtakarlıq adlandırmışdı . Nazirin sözlərinə görə, ABŞ Rusiyanı strateji məğlubiyyətə uğratmaq fikrindən əl çəkmir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*