Lavrov açıqladı – Ermənistan Türkiyə ilə birbaşa əlaqə qurmaq istəyirbackend

Lavrov açıqladı - Ermənistan Türkiyə ilə birbaşa əlaqə qurmaq istəyir

Ermənistan münasibətləri normallaşdırmaq üçün Türkiyə tərəfi ilə birbaşa əlaqə qurmaq istəyir.

KONKRET.az  xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda  “3+3” platformasının iclasının yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, Rusiya bu prosesin başlanmasına fəal töhfə verib, İran da ona qoşulub: “Erməni həmkarlar fasilə verdilər. Onlar hesab edirlər ki, indi biz türklərlə birbaşa əlaqə saxlamalıyıq”. Lavrov  vurğulayıb ki, İrəvanla Ankara arasında münasibətlərin normallaşması istənilən halda Ermənistan-Azərbaycan danışıqları ilə bağlıdır, ona görə də görüşdə bu məsələləri bütövlükdə müzakirə etmək və cəlb olunmuş ölkələri tezliklə razılığa gəlməyə təşviq etmək təklif olunub.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*