Moskva İrəvanla Bakı arasında münasibətlərin tam normallaşmasında maraqlıdır.
KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə deyib.
“Siz hər zaman bizim dəstəyimizə arxalana bilərsiniz – istər kommunikasiyaların blokadadan çıxarılması məsələsində, istərsə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və bütün tərəflərin maraqları nəzərə alınmaqla humanitar məsələlərin həllində”, – Lavrov bildirib.