“Şimali Atlantika Alyansı mövcudluğunu genişləndirir və bütün Avrasiya məkanında, eləcə də Asiya-Sakit okean regionu ölkələrində öz hökmranlığını bərqərar etməyə çalışır”.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Vahid Rusiya” partiyasının idarə heyətinin iclasında deyib.
Lavrov bildirib ki, NATO-dan fərqli Rusiya region ölkələrinin öz problemlərini həll etməli olduğuna inanır. Onun sözlərinə görə, bu məntiq Rusiya prezidenti Vladimir Putinin irəli sürdüyü Avrasiya təhlükəsizliyi konsepsiyasının əsasını təşkil edir.
“Region ölkələri mənfi müdaxilələrə yol verməyərək münaqişələrin həlli üçün birgə məsuliyyət daşımalıdırlar. Kollektiv Qərbin siyasəti ATƏT çərçivəsində əldə edilmiş razılaşmaları kənara qoymaqdır. ATƏT dəfələrlə regionda dominantlığa iddia etməyəcəyini açıqlasa da, bütün prinsiplər pozulub”.
Vəli Həsənoğlu,
KONKRET.az