Rusiya xarici işlər naziri Sergey Lavrov Qırğızıstana rəsmi səfər edib.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, rusiyalı diplomatın təyyarəsi Çolpon-Ata şəhərinin hava limanında enib.
Səfər çərçivəsində Lavrovun Qırğızıstan Prezidenti Sadır Japarov və xarici işlər naziri Jeenbek Kulubaev ilə görüşləri nəzərdə tutulub. Həmçinin Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bildirdiyinə görə, səfər zamanı siyasi, ticarət-iqtisadi, hərbi-texniki və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq. Tərəflər həmçinin regional və qlobal gündəmin aktual mövzularını, o cümlədən Avrasiya inteqrasiyasının inkişaf yollarını da müzakirə edəcəklər.