Lavrov: Rusiyanın məqsədi Ukrayna ilə sadəcə atəşkəsi razılaşdırmaq deyilbackend

Lavrov: Rusiyanın məqsədi Ukrayna ilə sadəcə atəşkəsi razılaşdırmaq deyil

Rusiya Ukraynada qısamüddətli atəşkəsin razılaşdırılmasını qarşısına hədəf qoymur, əksinə, münaqişənin kökündə duran səbəbləri aradan qaldırmaqla davamlı sülhün bərqərar olmasına çalışır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Diplomatik Klubun iclasında bildirib.

“Rusiyanın mövqeyi atəşkəsin razılaşdırılması deyil, münaqişənin əsas səbəbləri aradan qaldırılmaqla Ukraynada uzunmüddətli sülhə nail olmağın zəruriliyindən ibarətdir”, – o qeyd edib.

Lavrov, həmçinin deyib ki, Ukraynada xarici hərbi mövcudluqdan qətiyyən söhbət gedə bilməz.

“Ukraynanın hansı hərbi imkanlara malik olacağı heç də boş məsələ deyil. Burada hər hansı xarici hərbi iştirakdan söhbət gedə bilməz”, – o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*