Lavrovla Mirzoyan telefonla danışdıbackend

Lavrovla Mirzoyan telefonla danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, rəsmi İrəvan və Bakı arasında münasibətlərin normallaşması, həmçinin, Azərbaycan, Rusiya və Ermənistan arasında Qarabağla bağlı əldə olunmuş üçtərəfli razılaşmaların icrası müzakirə olunub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat Rusiya XİN-in saytında dərc olunub.

Məlumatda bildirilib ki, tərəflər Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının müddəalarının yerinə yetirilməsinin gedişatını nəzərdən keçirib.

“Onların Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə fəaliyyətin başlanması baxımından hərtərəfli effektiv icrasına sadiqlik vurğulanıb”, – Rusiya XİN-in məlumatında deyilir.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*