Le Courrier de Russie nəşri: Kölgəqə qalmağı bacaran Armen Sarkisyan Fransaya necə girişir?backend

Le Courrier de Russie nəşri: Kölgəqə qalmağı bacaran Armen Sarkisyan Fransaya necə girişir?

Fransanın Le Courrier de Russie nəşri Ermənistan-Fransa münasibətlərindən və Ermənistan prezidenti Armen Sarkisyanın bu münasibətlərin inkişafındakı rolundan bəhs edən “Armen Sarkisyan: Ermənistan-Fransa münasibətləri” adlı xüsusi məqalə dərc edib.

KONKRET.az-ın məlumatına görə, qəzet keçmiş fizik, diplomat və iş adamı olan Armen Sarkisyanın 2018-ci ildən bəri Ermənistan prezidenti olduğundan başlayıb: “2015-ci il konstitusiya islahatları nəticəsində prezident səlahiyyətlərinin azalmasına baxmayaraq, Sarkisyan geniş tanışlıqlarından və siyasi, iqtisadi və maliyyə dairələrindəki şəxsi əlaqələrindən istifadə edərək, ölkəyə beynəlxalq nüfuz qazandırmağa çalışır”, – deməklə Le Courrier de Russie Ermənistan Prezidentinin vəzifəyə gəldikdən bəri Ermənistan-Fransa münasibətlərini dərinləşdirmək üçün səy göstərdiyini vurğulayıb.

Armen Sarkisyan şəxsi əlaqələri və nüfuzu sayəsində bu ilin yayında Dilcan şəhərində “Erməni Düşüncələrinin Zirvə görüşü”nü təşkil etmişdi, bu tədbir çərçivəsində müxtəlif ölkələrin iki yüzdən çox nüfuzlu şəxsi regional və qlobal problemləri müzakirə etmişdi. Fəxri qonaqlar arasında Fransanın keçmiş Baş Naziri Dominik de Vilpen də vardı, onunla prezident Armen Sarkisyan iki dəfə görüşmüşdü: bu ilin fevral ayında Parisdə və iyunda artıq İrəvanda. Təsadüfi deyil ki, görüşdən bir ay sonra, yəni iyul ayında tanınmış fransız siması ölkəyə xarici investorları cəlb etməyə çağıran bir qurum olan Ermənistanın Dövlət Maraqlar Fondu Şurasının üzvü oldu. “İrəvanda bu təyinatın şəxsən Ermənistan prezidenti tərəfindən həyata keçirilməsinə şübhə yoxdur”, – deyə nəşr qeyd edib.

Telekommunikasiya, süni intellekt kimi Ermənistan üçün perspektivli sahələrə toxunan Le Courrier de Russie qeyd edib ki, bu sahələr Armen Sarkisyan üçün prioritet hesab olunur, Fransa müəssisələri üçün isə imkanlar açır. Ermənistan prezidentinin İrəvanda və Parisdə müdafiə, aviasiya və telekommunikasiya sahəsində dünyanın aparıcı fransız şirkəti “Thales”-in rəhbərliyi ilə bir neçə dəfə görüşməsi təsadüfi deyil. Şirkətin Ermənistanda filialının yaradılması üçün danışıqlar aparılır. Qeyd olunub ki, Ermənistan prezidenti aparıcı aviasiya şirkəti “Dassault”-un rəhbərliyi ilə sıx təmasdadır və mütəmadi olaraq görüşür.

“Le Burjda keçirilən aviasərgidə isə Sarkisyan Fransa sənayesinin digər iki nəhəngi – “Airbus” və “Safran” ilə müştərək müəssisə yaratmaq barədə danışdı. O, Paris hava limanlarının nümayəndələri ilə İrəvan və Paris arasında uçuşların sayının artırılması məsələsini də müzakirə etdi. Məlumatlı mənbələrə görə, Bove hava limanının rəhbərliyi Ermənistan paytaxtı ilə büdcə uçuşlarının artırılmasının əleyhinə deyil”, – deyə fransız qəzeti yazıb.

Le Courrier de Russie qeyd edib ki, Ermənistan prezidenti həmişə ölkəsinin Avropa Birliyi ilə Avrasiya Birliyi arasında körpü olduğunu vurğulayıb: “İndi Moskvanın tərəfdaşının yeni beynəlxalq ambisiyalarına necə baxdığını söyləmək çətindir. Əlbəttə ki, Ermənistan Konstitusiyasına görə, Ermənistanın istənilən transmilli əraziyə iqtisadi inteqrasiyası Baş Nazirin qərarından asılıdır. Bununla birlikdə Putinlə Sarkisyan arasında iyulun 1-də Minskdə keçiriləcən Avropa Oyunlarının bağlanış mərasimindəki görüş (söhbətin məzmunu dərc olunmadı) diqqətdən yayınmadı. Hamıya məlumdur ki, Rusiya prezidentinin, xüsusən də xaricdə, həqiqi qərar qəbul edə bilməyən liderlərlə danışmaq vərdişi yoxdur”, – deyə məqaləyə yekun vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*