Fransa Jiskara de Estananı itirdi. Beləcə fransızlar arasında əsrlər boyu davam edən həmrəyliyi ortadan qaldırmaq üçün iki nəsil kifayət etdi. Bir xalqı və bir dini digərinə dəyişdirmək cəmi qırx il çəkdi. Bu barədə “Le Fiqaro”nun köşə yazarı İvan Rioufol bildirir.
Jurnalist deyir ki, 1980-ci illərə qədər başqa ölkələrdən gələn “yeni fransızlar” tez bir zamanda ümumi ailə mühitini qurmağa başladı və köhnə fransızlarla harmoniya içində yaşadılar. Şənbə günü Emmanuel Makron dəyişikliklərdən məmnunluqla danışdı. O, köçəri bir mühitdən (Şərqdən) olan gənclərə müraciət edərək deyirdi: “Ailəniz ərəbcə danışırsa, bu, Fransa üçün bir uğurdur”.
Bu fikrə qarşı çıxan Rioufol yazır ki, “Makronun yeni Fransası çoxları üçün yararsız yaşayış yerinə çevrilib”.
Şiddət hər yerdə var. ABŞ-da, Avropada, hətta siyasi İslam tərəfdarlarının yönəltdiyi daxili müharibələrin olduğu Şərqdə də.
Buna qatı solçuların və şənbə günləri Fransa şəhərlərinin küçələrini dağıdan “poqromist”lərin ittifaqı da misal ola bilər. Yəni “ən yaxşı polis ölmüş polisdir”. Bu arada ölkədəki intellektual boşluq elədir ki, heç kim hökumətin nüfuzunu necə bərpa edəcəyini bilmir. Daha pisi odur ki, dövlət başçısı milyonlarla gəncə, yəni Afrika və ərəb əsilli fransızlarına yaltaqlanmaq istəyərək azlıqların qurbanlıq ritorikasına qoşularaq özünü ictimai dayaqlardan uzaqlaşdırır.
“Dərinizin rəngi ağdan fərqlidirsə, sizi daha tez-tez dayandıracaqlar, sizi problemli bir insan kimi qəbul edəcəklər. Bu isə dözülməzdir”, – deyə Rioufol Emmanuel Makronun sözlərini xatırladır.
Jurnalist qeyd edir ki, bu fəlakəti dayandırmaq mümkündür. Lakin Makronun fikrincə, bütün bunlar Fransanı tənəzzüldən xilas edə bilməz. Prezident hesab edir ki, Fransa milləti məhv etmək istəyən qeyri-müəyyən qüvvələrin əlində oynayır. Prezident “islam separatizm”inə və fransızların mədəni abidələrinin dağıdılmasına yönələn siyasətə qarşı mübarizə aparmaq istəyir. “Bu halda Fransa çoxmədəniyyətli ölkə statusundan çıxır. Bu ölkənin hər küncündə indi irqçilik atəşi alovlandırılır. Məncə ən böyük separatizm elə Makron separatizmidir, – deyə jurnalist yazır.
Yanvar ayında Makron Fransa höküməti ilə hüquq-mühafizə orqanları arasında əlaqələri möhkəmlətmək üçün bir ictimai şura təşkil etmək niyyətindədir. Ancaq bu gün polis problem deyil. Poblem Makronun fransızlardan daha çox mühacirət dairələrinə göstərdiyi qaranlıq münasibətidir.
Jurnalist hesab edir ki, vətəndaşlar öz talelərini öz əllərinə almalıdır. Demokratiyanın bərpası immiqrasiya üzərində nəzarətlə nəticələnməlidir. Bu məqsədlə miqrantların sığınacaq siyasətindən imtina edilməlidir. Bunun üçün hər bir mühacirin bir çox hüquqları, xüsusən də doğum hüququ ilə avtomatik vətəndaşlıq əldə etmə imkanları azaldılmalıdır. Bundan əlavə, qeyri-qanuni immiqrantlara yardımın məhdudlaşdırılması barədə qərar qəbul etmək lazımdır. Hazırda 330 mindən çox miqrant 1 milyard avro dəyərində pulsuz tibbi yardım alır. Belə bir vəziyyətə yol verənlərsə Fransa elitasıdır.
“Le Fiqaro” qəzeti 13 dekabr 2020
Tərcümə etdi: KONKRET.az