Le Monde: “Fransa dənizdə boğulan miqrantlara kömək etməyib”backend

Le Monde: "Fransa dənizdə boğulan miqrantlara kömək etməyib"

Fransa ilə Böyük Britaniya arasındakı La-Manş boğazında 27 miqrantın həlak olduğu faciədən bir il ötür.

KONKRET.az xəbər verir ki, istintaqla bağlı məlumat alan “Le Monde” qəzeti Fransa hökümətinin mühacirlərə kömək etmədiyini yazıb.

Nəşr bildirilib ki, Fransa sahillərində həyatda qalmaq üçün mübarizə aparan miqrantlar ard-arda 15 dəfə yardım çağırıb. Lakin bu çağırışlara Fransa Sahil Mühafizəsi cavab verməyib.

İddialar təsdiqlənərsə, Fransa höküməti təhlükədə olan insanlara kömək etməmək ittihamı ilə üzləşəcək. İstintaqı aparan müstəntiqlər hadisə ilə bağlı əlavə araşdırmaların başlana biləcəyini açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*