Lempard istefaya göndərildibackend

Lempard istefaya göndərildi

“Everton”un baş məşqçisi Frank Lempard istefaya göndərilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

“Klubun idarə heyəti yekdilliklə Lempardın baş məşqçi vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Lempard 31 yanvar 2022-ci ildən “Everton”a rəhbərlik edib. Onun rəhbərliyi altında komanda bütün yarışlarda 44 oyun keçirib, 12 qələbə qazanıb, 8 dəfə heç-heçə edib, 24 məğlubiyyətlə üzləşib. “Everton” bu mövsüm Premyer Liqada 20 matçdan 15 xalla 19-cu pillədə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*