Leninin mavzoleyinə molotov kokteyli atıldı – Bir nəfər saxlanıldıbackend

Leninin mavzoleyinə molotov kokteyli atıldı - Bir nəfər saxlanıldı

Moskvada Leninin mavzoleyini yandırmağa cəhd edən şəxs saxlanılıb. 

KONKRET.az “Meduza”ya istinadən xəbər verir ki, iyulun 17-si axşam saatlarında Moskvada bir nəfər Qızıl Meydandakı Leninin məqbərəsinə molotov kokteyli atıb.

Yanğın törədən şəxs polis tərəfindən saxlanılıb. Məlumata görə, saxlanılan şəxs Çitadan olan 37 yaşlı Konstantin Staçukovdur.

Onun barəsində polis əməkdaşlarına tabe olmaması ilə bağlı protokol tərtib edilib. Yanğın törədən şəxsin motivləri barədə hələlik məlumat yoxdur. Məqbərəyə ziyan dəyməyib, lakin səkiyə molotov kokteyli düşüb.//Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*