Lənkəran Dövlət Universitetinin əməkdaşı vəfat etdi – FOTObackend

Lənkəran Dövlət Universitetinin əməkdaşı vəfat etdi - FOTO

Lənkəran Dövlət Universitetinin (LDU) əməkdaşı vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə LDU-dan məlumat verilib.

Universitetin dosenti, “Tarix və onun tədrisi metodikası” kafedrasında uzun illər çalışmış, ötən ildən təqaüddə olan müəllim, tarix elmləri namizədi Əliağa Arif oğlu Baxşıyev uzun sürən xəstəlikdən sonra 81 yaşında bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Ə.A.Baxşıyev 10 fevral 1941-ci ildə Astara rayonunun Motlayataq kəndində anadan olub. 1964-1968-ci illərdə Azərbaycan Dövlət Universiteti Tarix fakültəsinin əyani şöbəsində təhsil alıb. 1968-1974-cü illərdə Astara rayonu Siyəkü kəndində tarix müəllimi, 1974-cü ildən ADU-nun Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasında laborant, baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 1998-2012-ci illərdə Lənkəran Dövlət Universitetinin “Tarix və fəlsəfə” kafedrasına rəhbərlik edib, 2012- 2016-cı illərdə kafedrada dosent vəzifəsində çalışıb, 2016-2018-ci illərdə yenidən “Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri vəzifəsində işləyib. Ə.A.Baxşıyev 3 dərs vəsaiti, 1 proqram, 19 elmi məqalənin müəllifi idi. 2006-cı ildə Təhsil Nazirliyinin fəxri fərmanı ilə, 2019-cu ildə isə fəxri müəllim nişanı ilə təltif edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*