Lənkəranda ağır qəza – 7 nəfər yaralandıbackend

Lənkəranda ağır qəza - 7 nəfər yaralandı

Lənkəran-Boradigah-Masallı yolunun Girdəni kəndi ərazisində yük və minik avtomobilləri toqquşub.

KONKRET.az xəbər verir ki, “QAZel” markalı yük avtomobili “VAZ-21011” markalı minik avtomobili ilə toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Toqquşma nəticəsində 5-i Bərdə rayon sakinləri olmaqla 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə rayon sakinləri – 1984-cü il təvəllüdlü Ramin İsax oğlu Hüseynov, 1957-ci il təvəllüdlü Roza İsacan qızı Hümmətova, 2009-cu il təvəllüdlü Yasəmən Yasin qızı Şirinzadə, 1981-ci il təvəllüdlü Sevil Sabir qızı Hüseynova, 1980-cı il təvəllüdlü Sevinc Sabir qızı Hüseynova və iki nəfər Lənkəran rayon sakinləri 1988-ci il təvəllüdlü Elmin Əli oğlu Rzayev, 1984 – cü il təvəllüdlü Mirmayis Mətləb oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsinə yerləşdiriliblər.

Yaralılardan Roza Hümmətovanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*