Lənkəranda evində qumar oyunları təşkil edən şəxs saxlanıldı – FOTObackend

Lənkəranda evində qumar oyunları təşkil edən şəxs saxlanıldı - FOTO

Yaşadığı evdə qumar oyunları təşkil edən Lənkəran sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Bəhruz Xudiyevin yaşadığı evdə qumar oyunları təşkil etməsi müəyyən olunub.

Keçirilən baxış zamanı oradan qumar oyunlarına qoyulan pul vəsaiti, oyun kartları aşkarlanaraq götürülüb. Həmçinin həmin ünvanda qanunsuz qumar oynayan 7 nəfər müəyyən edilərək barələrində qanuna müvafiq tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*