Lənkəran şəhərində ümumi sahəsi 100 kvadrat metr olan birmərtəbəli ikiotaqlı evin bir otağının yanar konstruksiyaları və dam örtüyü 30 kvadrat metr sahədə yanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər xilas edilərək, təhlükəsiz əraziyə təxliyə edilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.