Lənkəranda ötən gündən itkin düşən kişinin meyiti tapılıb.
KONKRET.az xəbər verir ki, Lənkəran rayonunun Horavenc kəndində ötən gündən itkin düşən və axtarışları aparılan 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun meyiti dərədə aşkarlanıb.
Meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.