Bu rayonda qurbanlıq heyvanların kəsim məntəqəsi yoxdur…backend

Bu rayonda qurbanlıq heyvanların kəsim məntəqəsi yoxdur...

Bu il Qurban bayramı ilə əlaqədar Naxçıvan Muxtar Respublikası (MR) da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub.

KONKRET.az Report-a istinadən xəbər verir ki, ölkənin Muğan zonasında yerləşən Cəlilabad və İmişli rayonlarından fərqli olaraq, Biləsuvarda bu tip məntəqələr yaradılmayıb.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqladığı ünvanlarda təşkil olunan həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar kəsilib-satılır.

Məsələ ilə bağlı AQTA-dan bildirilib ki, bu iş yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Lakin məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi mövqeyini öyrənmək mümkün olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*