Lənkəranda partlayış: Xəsarət alan varbackend

Lənkəranda partlayış: Xəsarət alan var

Lənkəranda bərbərxanada partlayış olub.

KONKRET.az xəbər verir ki, hadisə Lənkəran şəhəri, “Ləvəngi” dairəsi adlanan ərazidə qeydə alınıb.

Belə ki, 28 yaşlı Məhərrəm İsazadə fəaliyyət göstərdiyi bərbərxanada elektrik lampalarını yandıran zaman partlayış baş verib. Nəticədə M.İsazadə yanıq xəsarətləri alıb.

İlkin araşdırma zamanı partlayışın baş vermə səbəbinin bərbərxananın yaxınlığından keçən qaz borularında qaz sızmasının olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*