Lənkəranda qardaş qardaşı bıçaqladıbackend

Lənkəranda qardaş qardaşı bıçaqladı

Lənkəranda bıçaqlanma hadisəsi qeydə alınıb.

KONKRET.az-ın məlumatına görə, Teleqraf-ın cənub bürosu xəbər verir ki, Lənkəran rayonunun Liman şəhər sakini, 2003-cü il təvəllüdlü Camal Fərhad oğlu Abdullayev bıçaqlanma nəticəsində ağır xəsarət alıb.

O, sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb və dərhal əməliyyata alınıb.

İlkin məlumata görə, Camal Abdullayevə xəsarəti onun qardaşı yetirib.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır, faktla bağlı müvafiq orqanlar tərəfindən istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*