Lənkəranda yandırılmış meyitin kimliyi məlum oldu – YENİLƏNİBbackend

Lənkəranda yandırılmış meyitin kimliyi məlum oldu - YENİLƏNİB

Lənkəran rayonunda meyit tapılıb.

KONKRET.az xəbər verir ki, Lənkəran rayonunun “Kiçik bazar” deyilən ərazisində yandırılmış vəziyyətdə olan meyit aşkarlanıb.

Hazırda rayonun hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

Meyitin kimə məxsus olması və hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

***

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində meyiti aşkar olunmuş şəxsin Lənkəran şəhər sakini, 1970-ci il təvəllüdlü Cahangirov Əli Eldar oğlu olduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a verilən məlumata görə, hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*