Lerik sakinlərindən qanunsuz odlu silahlar götürüldübackend

Lerik sakinlərindən qanunsuz  odlu silahlar götürüldü

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a verilən məlumata görə, həmin şəxslərdən 2 ədəd “İj” və 1 ədəd “TOZ” markalı ov silahı aşkarlanaraq götürülüb.

Faktlar üzrə Lerik RPŞ-də müvafiq araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*