“Lerikin 17 kəndində insanlar əmlaklarına sənəd ala bilmir” – DEPUTATbackend

“Lerikin 17 kəndində insanlar əmlaklarına sənəd ala bilmir” - DEPUTAT

“Bildiyiniz kimi, rayonlarda kadastr xəritələr yenidən çəkildi, lakin düzgün çəkilmədi. Ayrı-ayrı insanların torpaq sənədləri fakta əsasən hazırlanmayıb”.

KONKRET.az xəbər verir ki, bu fikirləri deputat İqbal Məmmədov Mili Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Millət vəkili deyib ki, kənd insanları bundan əziyyət çəkirlər: “Onlar subsidiyalar ala bilmir, əmlakı banka qoyub kredit götürə bilmir və s. Lerik rayonunun 17 kəndində, 700 hektar ərazidə yaşayan insanlar əmlak haqqında kağız ala bilmirlər. Buna səbəb torpaqların bir neçə dəfə xəritəyə alınmasıdır.

Hazırda bu torpaqlar Ekologiya Təbii Sərvətlər Nazirliyinin tərkibində meşə fondu kimi göstərilir. Ümumilikdə 2700 hektar meşə sahəsi mübahisəlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*