Lev Leşşenko: “Məni Azərbaycanla 50 ilə yaxın möhkəm dostluq telləri bağlayır”backend

Lev Leşşenko: "Məni Azərbaycanla 50 ilə yaxın möhkəm dostluq telləri bağlayır"

“Mən uzun illərdir çox möhkəm əlaqələr qurduğum bu şərəfli, zəhmətkeş ölkənin bütün sakinlərinə ürəkdən təşəkkür edirəm. 50 ilə yaxındır ki, Azərbaycanla möhkəm dostluğum var. Mən Heydər Əliyeviç Əliyevi həmişə sevgi ilə xatırlayıram. Minnətdarlıqla və ehtiramla həmişə birlikdə yaşadığımız və həyat boyunca uzun bir yaradıcılıq yolu keçdiyimiz dostum Müslüm Maqomayevi xatırlayıram. Bakı mənim doğma şəhərimdir”

KONKRET.az xəbər verir ki, bunu dünən 79-cu doğum günün qeyd edən Rusiyanın xalq artisti Lev Leşşenko “Moskva- Baku.ru” nəşrinə müsahibəsində deyib.

O əlavə edib ki, “Hər kəsə indi yaşadığımız bu çətin anı keçməsini diləyirəm. Ümid edirəm ki, bahar tezliklə gələcək və günəş bizi istiləşdirəcək, baxmayaraq ki, həmişə Bakı bizi isidib (gülür). Ümid edirəm ki, tezliklə bakılı dostlarımızla görüşəcəyik, bir-birimizə daha yaxın olacağıq, bir-birimizi hiss edəcəyik və sevəcəyik. Bütün bakılılara və bütün Azərbaycana salamlar!”

Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*