Levandovskidən Messiyə – “Boş sözlər lazım deyil”backend

Levandovskidən Messiyə - “Boş sözlər lazım deyil

“Bavariya”nın hücumçusu Robert Levandovski “France Football” nəşrinin təsis etdiyi “Qızıl top”u Lionel Messinin qazanmasına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, o, həmçinin argentinalı ulduzun “2020-ci ildə Levandovski “Qızıl top”a layiq idi” deməsinə toxunub.

“Leo Messi mənim 2020-ci il üzrə “Qızıl top” mükafatına layiq olduğumu deyib. Onun daha ədalətli olmasını istəyirəm. Boş sözlər lazım deyil. Düzünü desəm, mükafatın təqdimolunma mərasimində çox məyus idim. Bunu inkar etmək lazım deyil. “Qızıl top”a çox yaxın idi. Leo hər zaman yaxşıdır. Onun qazandıqlarına irad bildirmirəm. Onunla yarışmağım da hansı səviyyədə olduğumu göstərir. Yaxşı ki, mərasimdən dərhal sonra Messi ilə üz-üzə gəlmədim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*