Levon Aronyan: ”Yəhudidən daha çox erməniyəm, amma…”backend

Levon Aronyan: ”Yəhudidən daha çox erməniyəm, amma...”

ABŞ “Ermənistanın milli sərvəti”ni 50 min avroya satın aldı; “Ermənistanın Dağlıq Qarabağda əldə etdiyi qələbə birinci, mənim uğurlarım isə ikinci yerdə gəlir”

“Levon Aronyan doğulduğu Ermənistanda küçə ilə gedəndə kütlə onu çoşqu ilə qarşılayır, restoran sahibləri yeməyə görə ondan heç vaxt pul almazlar, gənc ailələr yeni doğulan körpəyə onun şərəfinə Levon adı qoyarlar.

Xarici mətbuat onu şahmatın Devid Bekhemi adlandırır…

Ermənistanda şahmat fənn kimi hər bir məktəbdə tədris olunur. Düşünün ki, Ermənistanın eks-prezidenti Serj Sakrsiyan eyni zamanda ölkənin Şahmat Federasiyasının da prezidentidir”. CNN-in 2016-cı ildə hazırladığı xüsusi reportajda belə deyilir. Maraqla vurğulanır ki, dünyanın ən nüfuzlu qrossmeysterlərindən olan Levon hər ay dövlətdən 120 dollar civarında simvolik maaş alır.

Без названия (1).jpg (6 KB)

38 yaşlı Levon Aronyan dünənə qədər Ermənistanın milli sərvəti hesab olunurdu. Artıq o, Ermənistanı tərk edib. O, 2022-ci ildə Moskvada keçiriləcək Şahmat üzrə Olimpiadada ABŞ komandasını təmsil edəcək. Bu, artıq rəsmən təsdiq olunmuş qərardır.

Ən maraqlısı odur ki, “Ermənistanın milli sərvəti”nə görə ABŞ Ermənistana rəsmi qaydada cəmi 50 min avro ödəyəcək. Bu barədə isə “The Guardian” qəzeti məlumat verib.

Serj Sarkisyan prezident olanda Ermənistanda Levon Aronyana xüsusi simpatiya vardı. Levon Aronyan və onun rəhbərlik etdiyi komanda prezidentin şəxsi təyyarəsi ilə uçurdu.

unnamed.jpg (52 KB)

2017-ci ildə Levon Aronyan qadın şahmatçılar arasında populyarlığı ilə seçilən Arianne Bo Caoili ilə evləndi. Anası filippinli, atası avstraliyalı olan bu xanım 1986-cı ildə Manilada doğulub. 6 yaşından şahmat ulduzu kimi parlamışdı. Bir müddət isə model kimi nüfuz qazanmışdı. 300 nəfərin iştirakı ilə keçirilən toya Serj Sarkisyan şəxsən qatılıb.

Bu evlilik uzun sürmədi. O, avtomobil qəzasından iki həftə sonra vəfat etdi. 2020-ci ilin martında Levon Aronyan öz Twitter hesabında belə yazmışdı: ”Həyat yoldaşımın ölümü ilə bağlı keçirdiyim sarsıntını sözlə ifadə edə bilmirəm. O, intellekt sahibi idi, zəhmətkeş, sevinclə dolu şəxsiyyət idi və gözəl bir həyat yaşadı. Canım mənin, səni sevirəm, rahat yat…”

O vaxt Nikol Paşinyan sosial şəbəkə üzərindən Levon Aroyana başsağlığı vermişdi: “Onun parlaq xatirəsi erməni xalqının ürəyində qalacaq”.

Dünyanın şahmat nəhənglərindən olan Levon Aronyan Ermənistanı tərk etməmişdən az öncə belə yazmışdı: “Ötən il bizim hamımız üçün çox çətin il oldu. Pandemiya, müharibə, üstəlik, şəxsi faciəm – həyat yoldaşım vəfat etdi”.

45.jpg (8 KB)

Maraqlıdır ki, Levon Aronyan Nikol Paşnyanı şahmata heç bir önəm vermədiyini vurğulayır. Hökumət rəsmən bəyan edib ki, Levon Aronyanda heç bir perespektiv görmür. Şahmatçı onu da vurğulayıb ki, indiyə kimi o, Nikol Paşinyanla cəmi 15 dəqiqəlik görüşdə olub. Serj Sarkisyanın vaxtında isə Ermənistanda şahmata xüsusi qayğı göstərilib. O da aydındır ki, Levon Aronyanın Serj Sarkisyanla bir vaxtlar yaxın olması Nikol Paşinyanın ürəyincə deyil…

Levon Aronyanın etnik kimliyi də diqqət çəkir. O, 1982-ci ildə İrəvanda doğulub. Anası Seda Avaqyan mühəndisdir, ixtisasca fizik olan atası Qirqori Leontieviç Aronov Rusiya yəhudisidir, Belarusun Vitebsk vilayətində doğulub.

Levon Aronov şahmatçı kimi parladıqdan sonra onun soyadının sonluğuna erməni mühürü basılıb. Müsahibələrinin birində bu məsələyə toxunan şahmatçı deyir: “Özümü yəhudidən daha çox erməni hesab edirəm. Ancaq incəsənət və musiqi sahələrində yəhudi mədəniyyətinin daşıyıcısıyam”.

Şahmatın siyasətlə hər hansı bir əlaqəsi varmı? Özünüz qərar verin.

Без названия.jpg (6 KB)

Levon Aronyan 2005-ciildə Stepanakertdə (Xankəndi) beynəlxalq şahmat turniri keçirib və yarışın qalibi elan olunub. Onun təvazökarlıqdan xeyli uzaq olan bu açıqlaması da son dərəcə önəmlidir: “Mənim şəxsi fikrimə görə, müstəqilliyə yenidən qovuşan Ermənistanın Artsaxın azadlığı naminə 1992-1994-cü illərdə apardığı müharibənin qələbə ilə başa çatmasından sonra Ermənistanın öyünəcəyi ikinci uğur bizim şahmatda əldə etdiyimiz qələbələrdir”.

Maraqlıdır, deyilmi? Müstəqil Ermənistanın Dağlıq Qarabağı və Azərbaycanın daha 7 rayonunu işğal etməsini Levon Aronyan Ermənistanın ən böyük uğuru hesab edirdi. Şanlı Azərbaycan Ordusu bu qələbənin üstündən qara bir xətt çəkdi. Nəticədə Ermənistan və Dağlıq Qarabağdan erməni köçü başladı. Rusiya süni şəkildə bu köçü dayandırmağa çalışır. Ancaq bu prosesin qarşısını almaq mümkün deyil. İş o yerə çatıb ki, ermənilər Moskva reysinə birtərəfli bilet almaq üçün 700 dollar ödəyirlər. Bu fakt Ermənistan parlamentində hay-küylə müzakirə olunur.

Bir zamanlar bütün dünyadan erməniləri müxtəlif vədlərlə Azərbaycan torpaqlarında məskunlaşdırmağa çalışırdılar, indi isə Ermənistandan böyük köç başlayıb. Elə Levon Aronyanın Ermənistanı tərk etməsi də bu köklü prosesin görünən tərəfidir. Aronyanın gedişi həm də Ermənistanın gələcəyinə inamsızlıqdan xəbər verir. Bir az da dərinə baxsaq görərik ki, Ermənistan dövlətini şahmata biganə münasibətdə ittiham edən Levon Aronyanın gedişi (o, reytinq cədvəlində dünya üzrə beşinci şahmatçı sayılır. E.H) Ermənistanın şahmat komandasının da ciddi itkisidir. Obrazlı şəkildə desək, Azərbaycan Ordusu həm də Ermənistanın şahmatdakı uğurlarının da üstündən xətt çəkdi.

Caz musiqisinin vurğunu olan Levon Aronyanın Ermənistanda perspektivsiz şahmatçı elan olunması isə reallığı əks etdirmir. ABŞ-ın şahmat komandasının tərkibində anındaca yer alan şahmatçıya dünyada münasibət tam fərlidir. O da təsadüfi deyil ki, “perspektivsiz” söhbətindən az sonra Levon Aroyan dünya reytinq cədvəlində ikinci yerdə gedən şahmatçıya qalib gəlib.

Beynəlxalq Şahmat Olimpiyadasında 3 dəfə (2006-Turin, 2008-Drezden və 2012-İstanbul) Ermənistanı çempion edən Levon Aronyan haqqında onun anası kitab da yazıb. Yəqin ki, Levon Aroyanın Amerikaya gedişindən sonra kitabın ikinci cildi üzərində iş başlayıb.

Bu yaxınlarda onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən Teymur Rəcəbovun Levon Aronyan üzərində möhtəşəm qələbəsi isə hamımızın sevinc dolu anlar yaşatdı.

Son olaraq onu da deyim ki, reytinq cədvəlinə görə, dünyanın ən yaxşı 10 şahmatçısı arasında 2 azərbaycanlı var. Dünyanın heç bir xalqı belə bir göstəriciyə sahib deyil… /musavat.com

Elbəyi Həsənli, Sürix

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*