Gürcüstanda yağan leysan nəticəsində Tbilisidə ictimai nəqliyyatın hərəkəti iflic olub.
KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı videolar paylaşılıb.
Kadrlardan görünür ki, su yeraltı keçidlərə, hətta metro qatarlarına da daxil olub.
Qeyd edək ki, əlverişsiz hava şəraiti səbəbindən Kutaisidə aeroportun binasında tavanın bir hissəsi uçub. Güclü yağışlar səbəbindən bəzi reyslər gecikib.
Həmin görüntüləri təqdim edirik:
İqbal Rzayev,
KONKRET.az