Həftəsonu Türkiyədə leysan yağışların yağacağı gözlənilir.
KONKRET.az xəbər verir ki, həftəsonu səhər saatlarında İstanbulda qısamüddətli leysan xarakterli yağışlar və tufan gözlənilir. Temperaturun isə mövsüm normalarından yüksək olacağı bildirilir.
Təbii fəlakətlər (AFAD) Koordinasiya Mərkəzinin məlumatına görə, İstanbulda havanın temperaturu gün ərzində 29 dərəcəyə yaxın olacaq.
Qeyd edək ki, sentyabrın 15-dək havanın temperaturunun mövsüm normaları ətrafında və ya 2-4 dərəcə yüksək olacağı proqnozlaşdırılıb.