Leysan yağdı, şimşək çaxdı, dolu düşdü – FAKTİKİ HAVAbackend

Leysan yağdı, şimşək çaxdı, dolu düşdü - FAKTİKİ HAVA

İyunun 8-i saat 22:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Naxçıvan, Culfa, Göygöl, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Daşkəsən rayonunun Aşağı Daşkəsən və Zəylik kəndlərinə dolu düşüb.

Şimal-qərb küləyinin maksimal sürəti Göyçayda 30-34 m/s, İsmayıllıda 24 m/s, Yevlaxda 21 m/s, Bərdə, Ağdamda 20 m/s, Tərtərdə 18 m/s təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*