Honq-Konq hökuməti güclü yağış səbəbindən şəhərdəki məktəblərdə dərsləri ləğv edib.
KONKRET.az xəbər verir ki, bu barədə hakimiyyət orqanlarının yaydığı məlumatda bildirilir.
Məlumata görə, yerli vaxtla saat 05:55-də Honq-Konq Meteoroloji Rəsədxanası güclü yağış səbəbindən qırmızı fırtına xəbərdarlığı edib.
“Yağışla əlaqədar hazırda qırmızı fırtına xəbərdarlığı qüvvədə olduğundan, bu gün bütün məktəblərdə dərslər dayandırılıb”, – məlumatda deyilir.
Rəsədxanadan verilən açıqlamaya görə, belə xəbərdarlıq şəhərə saatda 50 mm-dən çox yağıntının düşməsi deməkdir. Güclü yağışın yolların su basmasına və tıxaclara səbəb ola biləcəyi açıqlanıb.
Ariz Həsənoğlu,
KONKRET.az