“Lion” – “Marsel” oyunu yarımçıq dayandırıldıbackend

"Lion" - "Marsel" oyunu yarımçıq dayandırıldı

Futbol üzrə Fransa Liqa 1-də XIV turun “Lion” – “Marsel” görüşü yarımçıq qalıb.

KONKRET.az-ın məlumatına görə, buna yerli komanda azarkeşlərinin qonaqların futbolçularına oynamaq imkanı verməmələri səbəb olub.

5-ci dəqiqədə hesab 0:0 ikən “Marsel” künc zərbəsi yerinə yetirməyə başlayarkən, tribunadan yad əşyalar atılıb. Nəticədə yarımmüdafiəçi Dimitri Payetin başına şu qabı dəyib.

Baş hakim Rüddi Büke komandaları meydandan çıxarıb.

Hələlik matç bərpa olunmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*