Lionel Messi 6-cı dəfə “Qızıl top”u qazandıbackend

Lionel Messi 6-cı dəfə "Qızıl top"u qazandı

İlin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatının sahibi müəyyənləşib.

KONKRET.az saytının məlumatına görə, məşhur “France Football” nəşrinin keçirdiyi səsvermənin qalibi adına Lionel Messi yiyələnib.

Qalibin adı Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə açıqlanıb. “Şatle” teatrında təşkil olunan mərasimdə argentinalı ulduzu ötənilki qalib Luka Modriç təltif edib.

6-cı dəfə bu mükafata sahib çıxan “Barselona”nın hücumçusu 5 dəfə qalib adını qazanan Kriştianu Ronaldonu arxada qoyub. “France Football”ın səsverməsində “Liverpul”un niderlandlı futbolçusu Vircil van Diyk 2-ci, “Yuventus”un portuqaliyalı oyunçusu Kriştianu Ronaldo 3-cü olub. Sonadək adı bu “üçlük”lə yanaşı, namizədlər sırasında olan digər “Liverpul”lu, Seneqal millisinin üzvü Sadio Mane 4-cü yeri tutub.

Digər namizədlər isə aşağıdakı kimi sıralanıb: 5. Məhəmməd Salah, 6. Killian Mbappe, 7. Alisson Bekker, 8. Robert Levandovski, 9. Bernardu Silva, 10. Riyad Mahrez, 11. Frenki de Yonq, 12. Rəhim Sterlinq, 13. Eden Azar, 14. Kevin de Breyne, 15. Matiys de Liqt, 16. Serxio Aquero, 17. Roberto Firmno, 18. Antuan Qrizmann, 19. Trent Aleksander-Arnold, 20-21. Pyer-Emerix Obameyanq, Duşan Tadiç, 22. Son Xın Min, 23. Uqo Loris, 24-25. Andre Ter-Şteqen, Kalidu Kulibali, 26-27. Kərim Benzema, Jorjinyo Veynaldum, 28-30. Markinyoş, Donni van de Bek, Joao Feliş.

Qeyd edək ki, 1956-cı ildən ən yaxşıya təqdim olunan “Qızıl top” 2010-15-ci illərdə FİFA və “France Football”ın birgə təşkilatçılığı ilə sahibini tapıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*