Litva Lukaşenkonu məhkəməyə verdibackend

Litva Lukaşenkonu məhkəməyə verdi

“Litvanın Beynəlxalq Cinayət Məhkəməsində Minskə qarşı irəli sürdüyü ittihamlar əsassızdır”.

KONKRET.az xəbər verir ki, bunu Belarusun xarici işlər naziri  Maksim Rıjenkov deyib. Onun sözlərinə görə, Litva BCM-ə müraciət etməklə daha bir anti-Belarus siyasi aksiyasına imza atıb: “Bunun niyə və kimin təşəbbüsü ilə edildiyini yaxşı bilirik. İttihamların absurdluğunu və uzaqgörənliyini başa düşmək üçün beynəlxalq hüquq sahəsində tanınmış ekspert olmağa ehtiyac yoxdur”.

Rıjenkov daha sonra bildirib ki, Minsk Vilnüsin bu cür addımlarının mənasız olduğunu anlayır və ona görə də onlar məsələyə sakit baxırlar.

Xatırladaq ki, sentyabrın 30-da Litva Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı materialları Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*