Litva Seymi “Vaqner”i terrorçu təşkilat kimi tanıdıbackend

Litva Seymi "Vaqner"i terrorçu təşkilat kimi tanıdı

Litva Seymi “Vaqner”i terrorçu təşkilat kimi tanıyıb.

KONKRET.az LRT-yə istinadən xəbər verir ki, bununla bağlı qətnamə bu gün Litva Seymində yekdilliklə qəbul edilib.

Qətnamədə bildirilir ki, “Vaqner” üzvləri və muzdluları dövlət və ictimai təhlükəsizliyə təhdiddir. Sənəddə digər ölkələr də Litvanın nümunəsini izləməyə çağırılır.

Sənəddə deyilir ki, Rusiya Ukraynada müharibəyə başlayandan bəri “Vaqner”in muzdluları “sistemli, ağır təcavüz cinayətləri – Ukraynada dinc sakinləri öldürmək və işgəncə vermək, evləri və digər mülki obyektləri bombalamaq – terrorizmə bərabər olan cinayətlər törədirlər”.

Qətnamədə həmçinin Litvanın terror təşkilatlarının siyahısını tərtib etmək üçün xüsusi meyarları müəyyən edən və onların fəaliyyətində iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq edən “Terrorizmin qarşısının alınması haqqında” qanunun qəbul edilməsinin zəruriliyi vurğulanır.

Xatırladaq ki, ötən ilin mayında Litva Seymi Rusiyanın Ukraynadakı hərəkətlərini “soyqırımı aktı”, Rusiyanı isə terrorizmin sponsoru kimi tanıyıb.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*