Livan nəşri: “Yaxın Şərq erməniləri Dağlıq Qarabağda döyüşür”backend

Livan nəşri: "Yaxın Şərq erməniləri Dağlıq Qarabağda döyüşür"

“Livan erməniləri Dağlıq Qarabağ müharibəsinin cazibəsini niyə hiss edirlər?”

KONKRET.az xəbər verir ki, “Arab News” qəzeti bu başlıqlı bir məqalə dərc edib. Məqalədə Livan mənşəli ermənilərin Ermənistanla Azərbaycan arasında münaqişəyə cəlb olundundan söz açılır.

“Arab News” yazır: “Cənubi Qafqazdakı müharibə ilə erməni millətçi şövqü yenidən alovlanıb”. Livan əsilli erməni İşxan Y. qəzetə bildirib: “Diaspora erməniləri olaraq “Artsax”da baş verənlərdən çox narahatdıq və çox üzülürük”.

“Beyrutdakı söz-söhbətlər və sosial mediada paylaşımlar, diasporada olan bir çoxları kimi, Livandan da etnik ermənilərin müharibəyə qoşulduğunu göstərir. Paytaxtın erməni məhəlləsi olan Burc Hammudda bir çox divarlar həm Türkiyəni, həm də Azərbaycanı tənqid edən şüarlarla göz deşir”, – deyə “Arab News” yazır.

Qəzetin məqaləsində əlavə olunur: “Eyni şey, Qarabağda ölmüş Livan əsilli opera müğənnisi Gevork Hacıyanın doğulduğu Bekaa vadisində baş verir. Kəndlilərin sözlərinə görə, gənclər Dağlıq Qarabağa gedir. Adlarının çəkilməsini istəməyən kəndlilərdən biri “Arab News”-a açıqlamasında Ermənistan hökuməti və ya hansısa siyasi partiyanın bunun üçün heç bir çağırış etmədiyini bildirib. “Döyüşməyi özlərinin borcu hesab etdikləri üçün getdilər”.

Daha sonra Livan nəşri qeyd edir: “Azərbaycanlı diplomat Ramil İmranov oktyabrın 2-də “Arab News”-da rəsmi Bakının münaqişə barədə rəyini təqdim edib: “Ermənistan müharibənin nəticələrini leqallaşdırmağa və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı rejimin beynəlxalq nüfuzunu qaldırmağa çalışır. Ermənistan 1994-cü ildə əldə edilmiş atəşkəs rejimini daim pozaraq mövcud status-kvonu möhkəmləndirməyə çalışır ”.

Adının açıqlanmamasını istəyən erməni diasporasının üzvü deyib: “Bütün ermənilər kimi biz, Livan erməniləri inanırıq ki, yeganə həll yolu sülh yoludur”. Ancaq bir çox erməni üçün Dağlıq Qarabağdakı münaqişə ərazinin özündən daha böyük məna kəsb edir: bu, erməni kimliyinin mahiyyətinə edilən daha geniş hücumun inikasıdır”. Strateq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*