Livanda İsrail əsgərləri iki sülhməramlıya hücum edibbackend

Livanda İsrail əsgərləri iki sülhməramlıya hücum edib

BMT-nin Müvəqqəti Qüvvələrinin (UNIFIL) Livanın Nakura şəhərindəki sülhməramlı mövqeləri növbəti dəfə İsrail qüvvələrinin hücumuna məruz qalıb.

KONKRET.az  Reuters agentliyinə istinadən xəbər verir ki, 2 sülhməramlı yaralanıb. Oktyabrın 11-də İsrail tankı BMT sülhməramlılarının müşahidə qülləsinə atəş açıb, nəticədə qüllə uçub, İsrail hərbçiləri hadisədən xəbərdar olduqlarını və baş verənləri araşdırdıqlarını açıqlayıblar. Oktyabrın 10-da İsrailin BMT-dəki səfiri Denni Danon bəyan edib ki, İsrail döyüşlərin intensivləşməsi zamanı təhlükədən qaçmaq üçün UNIFIL-ə 5 km şimala hərəkət etməyi tövsiyə edib. Gecə İsrail də Hizbullahın yüksək rütbəli nümayəndəsi Vafik Səfanı hədəf alaraq Beyrutu vurub. İsrailin Livanın paytaxtına endirdiyi zərbə nəticəsində 22 nəfər ölüb, 117 nəfər yaralanıb. Öz növbəsində, “Hizbullah” İsrailə çoxlu raketlər atır.

İsrail “Hizbullah”ın infrastrukturunu hədəfə aldığını və İsrailin şimal bölgələrindən didərgin düşmüş on minlərlə sakinin geri qayıtması üçün təhlükəsiz şərait yaratmağı hədəflədiyini açıqlayıb. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ildə oktyabr ayından bəri Livanda ölənlərin sayı 2100-ü, yaralıların sayı isə 10100-ü ötüb. Sentyabrın 23-dən bəri Livanda 1320-dən çox insan həlak olub, 3700-ə yaxın insan yaralanıb. Son həftələrdə 1,2 milyondan çox insan didərgin düşüb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*