Livanda məktəblərdə dərslər təxirə salındıbackend

Livanda məktəblərdə dərslər təxirə salındı

İsrailin hücumu ilə əlaqədar Livanda məktəblərdə və bütün təhsil müəssisələrində dərslərin başlaması oktyabrın 7-dən noyabrın 4-nə təxirə salınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Beyrutda keçirilən mətbuat konfransında respublikanın təhsil və ali təhsil naziri vəzifəsini icra edən Abbas Hələbi bildirib.

“Nazirlik 1,3 milyon şagirdi, eləcə də müəllimləri təhdid edən təhlükəyə görə məsuliyyəti öz üzərinə götürə bilməz, ona görə də dərs ilinin başlanması noyabrın 4-nə təxirə salınıb”, – deyə nazir əvəzi bildirib.

O xatırladıb ki, indi əksər dövlət məktəblərinin, texnikumların və institutların binaları cənub bölgələrindən olan qaçqınların yerləşdirilməsi üçün istifadə olunur.

“Köçkünlər arasında Baalbek-Hermel, Bekaa və Nabatiyah bölgələrində hərbi təhlükə səbəbiylə evlərini tərk edən təxminən 400 min tələbə və 40 min müəllim var”, – deyə Hələbi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*