Livanda nümayişçilərə atəş açanlar saxlanıldıbackend

Livanda nümayişçilərə atəş açanlar saxlanıldı

Livan ordusu paytaxt Beyrutda nümayişçilərə atəş açan silahlıların kimliyini müəyyən edə bilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Al-Mayadeen” telekanalı məlumat yayıb.

Hadisə ilə bağlı ümumilikdə 9 nəfər saxlanılıb.

Qeyd edək ki, “Haraket Amal” partiyasının tərəfdarları oktyabrın 14-də Livanın Tayuni bölgəsinə toplaşıblar. Nümayişçilər keçən il Beyrut limanında baş verən partlayış işini nəzərdən keçirən hakim Tarek Bitarın işdən çıxarılmasını tələb ediblər.

Etirazçıların Ədalət Sarayına doğru yürüşü zamanı naməlum şəxslər onlara atəş açıb. Yerli mətbuatın yazdığına görə, atışma nəticəsində 6 nəfər ölüb, 60-dan çox adam yaralanıb.

Ölkənin baş naziri bildirib ki, Livanda 15 oktyabr Beyrut hadisələrinin qurbanları üçün matəm günü elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*