Livanda partlayışla bağlı həbslər başladıbackend

Livanda partlayışla bağlı həbslər başladı

Livan hökuməti Beyrutdakı partlayışdan dolayı liman məmurları barəsində ev dustaqlığı qərarı verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, belə qərarın verilməsinə səbəb kimi 2750 ton ammonium nitratın 6 il ərzində Beyrut limanında saxlanılması göstərilib.

Ev dustaqlığına məhkum edilmiş məmurların sayı açıqlanmayıb.

Qeyd edək ki, ötən gün baş verən partlayış nəticəsində ən azı 113 nəfər ölüb. Yaralıların sayı isə 4 mindən çoxdur.

modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*