Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putin ilə bağlı diqqətçəkən ittiham səsləndirib. O bildirib ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq qərarını məhz Putinin mövqeyindən sonra vermək məcburiyyətində qalıb.
KONKRET.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, o bu addımı Vladimir Putinin regionun Bakıya məxsus olduğunu iki dəfə – həm şəxsən, həm də açıq şəkildə təsdiqləməsindən sonra atıb. Ermənistan baş naziri qeyd edib ki, bu bəyanatlar onun qərarına birbaşa təsir göstərib.
Natiq Səlim,
KONKRET.az
