Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu – Bu portal vasitəsiləbackend

Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu - Bu portal vasitəsilə

Məlumatlı mənbələrdən verilən xəbərlərə əsasən, Livanın paytaxtı Beyrutdan qalxan təyyarə muzdlu döyüşçüləri Dağlıq Qarabağdakı münaqişə zonasına cəlb etmək məqsədi ilə Ermənistanın paytaxtı İrəvana daşıyıb.

KONKRET.az xəbər verir ki, “Airbus A320-232” təyyarəsinin Livandan Ermənistana uçuşu barədə məlumatlar dünyadakı təyyarələrin hərəkətini real vaxtda əks etdirən “Flightradar24” portalının məlumatları əsasında da təsdiqlənir.

Mənbə yazır ki, bu fakt sübut edir ki, Ermənistan Yaxın Şərq bölgəsindəki “qaynar nöqtələr” dən olan terrorçu silahlılardan və muzdlulardan Azərbaycana qarşı istifadə edir və öz real itkilərini gizlətməyə çalışır.

Eyni zamanda, Ermənistan hakimiyyəti qeyd olunan faktı özündən uzaqlaşdırmaq üçün Azərbaycanı muzdlulardan istifadə etməkdə ittiham edir.oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*