İsrail BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin bir sıra tələblərinə əməl etmədiyi üçün Hizbullah Livanda öz gücünü xeyli artırıb.
Bunu CNN telekanlına müsahibəsində Livanın xarici işlər naziri Abdallah Bou Habib deyib: “ İsrail 1701 saylı qətnaməni tələblərinə əməl etsəydi Hizbullahın mövcudluğuna ehtiyac qalmayacaqdı”. Bou Həbib həmçinin bildirib ki, Hizbullah Livanı İsrail işğalından qorumaq üçün gücləndirilib. Onun sözlərinə görə, münaqişə ciddi eskalasiya mərhələsindədir”.
Nazir əlavə edib ki, mövcud vəziyyətin hansı nəticələrə gətirib çıxaracağını heç kim proqnozlaşdıra bilməz.
Vəli Həsənoğlu,
KONKRET.az