“Liverpul” “Real”ın türkiyəli futbolçusu Arda Gülərin transferi üçün 70 milyon avro ayırmağa hazırdır.
KONKRET.az xəbər verir ki, ingilislər Ardanı 32 yaşlı Məhəmməd Salahın əvəzedicisi hesab edir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ötən il Salahın transferi üçün “Liverpul”a 180 milyon avro təklif etsə də təklif qəbul olunmamışdı. Yeri gəlmişkən, Salah “Liverpul”un heyətində 362 oyunda 219 qol vurub. Əgər klubla futbolçu arasında qarşılıqlı anlaşma baş tutmazsa, misirli hücumçu “Liverpul”u tərk edəcək. “Liverpul” rəhbərliyi Salahın əvəzedicisi kimi 19 yaşlı Arda Güləri görür.
Vəli Həsənoğlu,
KONKRET.az