“Liverpul”un 2 futbolçusuna AĞIR TƏHQİRbackend

"Liverpul"un 2 futbolçusuna AĞIR TƏHQİR

İngiltərənin “Liverpul” klubunun futbolçuları Trent Aleksander-Arnold və Nabi Keyta İspaniyada “Real Madrid”ə uduzduqları Çempionlar Liqasının 1/4 finalının ilk matçından sonra irqçiliyə məruz qalıb.

KONKRET.az “Sky Sports”a istinadən xəbər verir ki, hər iki oyunçuya instaqramda meymun emojisi ilə birlikdə çoxsaylı şərhlər yazılıb. Sosial şəbəkə məsələni araşdırmağa başlayıb.

Qeyd edək ki, qarşılaşma “Real Madrid”in 3:1 hesablı qələbəsi ilə bitib. Aleksander-Arnold Mersisayd təmsilçisinin buraxdığı ikinci qolda səhvə yol verib. Keyta isə birinci hissədən sonra əvəzlənib. Komandalar arasındakı cavab oyunu aprelin 14-də olacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*