Liviyada girov saxlanılan 7 Türkiyə vətəndaşı azad edildibackend

Liviyada girov saxlanılan 7 Türkiyə vətəndaşı azad edildi

Liviyanın şərqində 2 ildir girov saxlanılan 7 Türkiyə vətəndaşı Türkiyə Milli Kəşfiyyat Təşkilatı və Qətər Kəşfiyyat Təşkilatının birgə səyi ilə azad edilib.

KONKRET.az xəbər verir ki,  əsasən restoran sektorunda çalışmış İlker Sağlık, Doğan Kıssa, Nurettin Çalık, Halil Gözel, Ahmet Selvi, Hidayet Yaprak və Abdul Samet Akçay Türkiyəyə gətiriliblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilən şəxslərlə telefonla əlaqə saxlayıb, onlara diləklərini çatdırıb. R. T. Ərdoğan Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsində əməyi olan hər kəsə də təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*