“Lotu Quli”nin adamı Özbəkistanda saxlanıldıbackend

"Lotu Quli"nin adamı Özbəkistanda saxlanıldı

Özbəkistanda hüquq-mühafizə orqanlarının əməkdaşları İnterpol xətti ilə axtarışda olan 43 yaşlı kriminal avtoritet Rafet Əmirovu  (Əlibayramlinski) saxlayıblar. 

KONKRET.az xəbər verir ki, bu barədə “Prime Crime” nəşri məlumat yayıb.

Əmirov 2010-cu ildə Moskvada 32 yaşlı Əli Babayevin qətlində əli olmaqda şübhəli bilinir. Ona qarşı ifadəni yanvarın 4-də Çexiyada saxlanılan şəriki Polad Ömərov verib.

Rafet “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) yaxınlarından olub. O, Türkiyədə qətlə yetirildikdən sonra Əmirov da digər avtoritetlər tərəfindən kriminal aləmdən uzaqlaşdırılıb.//Unikal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*