“Lotu Quli”nin qisasını almaq istəyən “qanuni oğru” saxlanıldı – – FOTObackend

"Lotu Quli"nin qisasını almaq istəyən "qanuni oğru" saxlanıldı - FOTO

Belarusda “qanuni oğru”  Aleksandr Kuşnerov saxlanılıb.

KONKRET.az “Unikal”a istinadən xəbər verir  ki,  bu  barədə Belarus KİV-ləri  məlumat yayıb

“Kuşner” ləqəbli “qanuni oğru”nun həbsinin mərhum azərbaycanlı kriminal avtoritet Nadir Səlifovla bağlı olduğu qeyd edilib.

Belə ki, “Kuşner” 2020-ci il avqustun 20-də qətlə yetirilmiş “qanuni oğru” “Lotu Quli”nin qisasını almağa söz veribmiş. O buna görə də muzdlu qatillər tutaraq, “Lotu Quli”nin qətlinin təşkilində iştirak edənlərin qətlini sifariş edib.

Bunun üçün ilkin olaraq onlara 10 min ABŞ dolları verib. İş başa çatdırılandan sonra isə əlavə 300 min ABŞ dolları ödəyəcəyini vəd edibmiş.

Lakin hüquq-mühafizə orqanları buna imkan verməyiblər və “Kuşner” həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*