Lotu Quli Qətərə köçdübackend

Lotu Quli Qətərə köçdü

KONKRET.az kriminal aləmdəki mənbəyə istinadən xəbər verir ki, Azərbaycanın əsas kriminal avtoriteti, Quli adı ilə daha çox tanınan Nadir Səlifov yaşayış yerini dəyişib və Türkiyədən Qətərə köçüb.

Mənbənin bildirdiyinə görə, Quli xüsusi xidmətlər sayəsində Qətərdə yaşayış icazəsi alıb və indi onların himayəsində olacaq. Qəfil yerdəyişmənin səbəbi, qeyd edildiyi kimi, oğrular aləminin Səlifova qarşı toplanan cavabsız qalmış sualları ola bilər. Xüsusilə kriminal dairələrdə onun həyatını sosial şəbəkələrdə nümayiş etdirməsindən narazıdırlar.

Ardıcıl bir neçə həftə ərzində cinayətkarlar Səlifovu “oğrular görüşünə” çağırmağa çalışsalar da, Quli telefon nömrəsini və yaşayış yerini dəyişdirərək görüşdən yayınırdı.

Sentyabr ayında bildirilmişdi ki, “qanun oğruları” Səlifovu oğru titulundan məhrum etmək üçün toplaşmaq qərarına gəliblər. Buna səbəb Səlifovun Qazaxıstanın xüsusi xidmət orqanlarında işləməkdə şübhəli bilinən Arman Cumangəldiyevlə (Arman Dikiy, Vəhşi Arman) əməkdaşlığı olub.

Daha əvvəl məlum olub ki, Rusiyanın kriminal aləminin lideri, “qanuni oğru” Zaxari Kalaşovun (Şakro Molodoy, Gənc Şakro) varisi hesab edilən “qanuni oğru” Badri Koquaşvili Səlifova qarşı avqustun 26-da Türkiyədə baş verən hadisəyə görə müharibə elan edib – Türkiyədə Quli ilə görüşdə 35 yaşlı “qanuni oğru” Quram Çixladze döyülmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*